Almaniya Bundesliqası tarixinin ən çox qol vuran futbolçularından biri dünyasını dəyişib. Matcaz xəbər verir ki, Hans-Yorq Kriens 59 yaşında vəfat edib.

Sabiq hücumçunun ürək tutmasından vəfat etdiyi bildirilir. Hans-Yorq 1982-ci ildən 1995-ci ilə kimi "Borussiya"da (Münhenqladbax) oynayıb və çempionatda iştirak etdiyi 303 oyunda 94 qol vurub.

O, bu göstəriciylə Hupp Yunkes (195 qol) və Harbert Lamendən (97 qol) sonra Bundesliqada ən çox qol vuran üçüncü futbolçudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest