"Real"ın yarımmüdafiəçisi Martin Edeqorun karyerasını İngiltərədə davam etdirəcəyi açıqlanıb. Matc.az xəbər verir ki, bunu Norveç millisinin üzvünün hazırda icarə əsasında formasını geyindiyi "Real Sosyedad" klubu rəsmi saytı vasitəsilə paylaşıb.

Xəbərdə bildirilib ki, cari mövsümün ilk yarısını icarə əsasında "Real Sosyedad"da keçirən 21 yaşlı orta sahə oyunçusu yaya qədər "Mançester Siti"yə icayə verilib. Lakin çox keçmədən rəsmi sayt məlumatı təkzib edib. Belə ki, ispanlar 28 dekabrı gülüş günü kimi qeyd etdiyindən, azarkeşlərlə bu cür zarafat edib.

Qeyd edək ki, müqavilə ilə "Real"a məxsus olan Martin Edeqorun "Real Sosyedad"la icarə müddəti 2021-ci ilin yayına qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest