Temp o qədər də yüksək deyildi. Əsas odur ki, bayram idi və biz yubilyarı təbrik etmək üçün burdayıq.

"Belə bir tədbirə dəvət aldığım üçün çox şadam. Böyük futbolçu və yaxşı insanın yubileyidir. çox pozitiv əhval-ruhiyyədəyəm". Matç.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib. Veteran futbolçu Vəli Qasımovun 50 illik yubileyi münasibətilə təşkil olunmuş dostluq matçının iştirakçılarından olan italiyalı mütəxəssis oyundan sonra açıqlama verib.

- çox yaxşı formada olduğunuz görünür. Daim məşq edirsiniz?
- Demək olmaz ki, ciddi şəkildə məşq edirəm. Bu gün çox çətin oyun olmadı. Temp o qədər də yüksək deyildi. Əsas odur ki, bayram idi və biz yubilyarı təbrik etmək üçün burdayıq.

- Epizodların birində çempionatdakı əsas rəqibiniz "Qarabağ"ın qapıçılarla işləyən məşqçisi Elxan Həsənovla təkbətək çıxsanız da, fərqlənə bilmədiniz...
- (gülür) Bu gün meydanda bütün kartlarımızı açmaq istəmədik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest