Futbol üzrə İran çempionatında 12-ci turdan təxirə salınmış oyunlar keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" da növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə "Paykan"la qarşılaşıb. "Traktorçular" bu oyundan qələbə ilə ayrılıblar – 3:2.
 
"Traktor" hazırda 30 xalla 16 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest