Futbol üzrə Türkiyə Super Liqasında mövsümün ilk dövrəsinin sonuncu – 17-ci turunun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha dörd oyun baş tutub.

Dörd qolun qeydə alındığı "Ankaragücü" – "Dənizlispor" matçında qalib müəyyənləşməyib. Məhsuldar keçən günün digər oyunlarında da "Başakşəhər" "Kasımpaşa"nı, "Trabzonspor" "Kayserispor"u darmadağınla yola salıb. 

Son turlarda uğursuz çıxış edən "Qalatasaray" bu dəfə "Antalyaspor"la üz-üzə gəlib və 5 cavabsız qolla qalib gəlib.

Türkiyə Super Liqası
17-ci tur

27 dekabr

Beşiktaş – Gənclərbirliyi 4:1
Qol: D.Vida, 49. Nkudu, 60. O.özyakup, 74. Hatçinson, 90+1 – Ayite, 24.

28 dekabr

Ankaragücü – Dənizlispor 2:2
Qol: Skarione, 66; 84 – M.Yumlu, 22. Rodalleqa, 45+1.

Başakşəhər – Kasımpaşa 5:1
Qol: D.Ba, 2; 28. Krivelli, 6; Fernandes, 26-öz qapısına. Elia, 63 – Kuaresma, 66-pen.

Trabzonspor – Kayserispor 6:2
Qol: Sorlot, 7; 90+2. Nvakaeme, 37. Starric, 47; 66-pen. A.Parmak, 71 – O.Uzun, 43. Kravets, 82.

Qalatasaray – Antalyaspor 5:0
Qol: Falkao, 10-pen; 28. çelustka, 37-öz qapısına. Babel, 82. T.Antalyalı, 89.

29 dekabr

15:00 Sivasspor – Göztəpə
17:30 Alanyaspor – Konyaspor
17:30 Qaziantep – Yeni Malatyaspor
20:00 Rizəspor – Fənərbaxça

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest