Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Dortmund təmsilçisi "Zalsburq"un hücumçusu Erlinq Holandı heyətinə qatıb.
 
Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçu ilə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.
 
Qeyd edək ki, norveçli forvard bu mövsüm çempionlar Liqasında 8 qol vurub. O, yalnız "Bavariya"nın hücumçusu Robert Levandovskidən (10) geri qalır. 
 
Gənc hücumçunun adı "Yuventus" və "Mançester Yunayted"lə də birgə hallanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest