"Mançester Yunayted"in zədəli futbolçusu Skott Maktomineyin sağalma müddəti müəyyənləşib. Matc.az xəbər verir ki, Premyer Liqanın 19-cu turu çərçivəsində keçirilən "Nyukasl"la ev oyununda (4:1) zədələnən şotland futbolçu, ən azı 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. 
 
Bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer klubun saytına açıqlamasında deyib.
 
"Mançester Yunayted"in yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi bu mövsüm 21 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest