İngiltərə Premyer Liqasının XX turunda "Vulverhempton"u qəbul edən "Liverpul" meydanı 1:0 hesablı qələbə ilə tərk edib. Matc.az saytı xəbər verir ki, "Enfild Roud"dakı qarşılaşma "qırmızılar" üçün əlamətdar olub.

Belə ki, Yurgen Kloppun yetirmələri doğma arenadakı məğlubiyyətsiz oyunlar seriyasını 50-yə çatdırıb. Komanda "Enfild Roud"dakı son 50 matçın 40-da qələbə qazanıb, 10-da heç-heçə edib. Bu, İngiltərə klub tarixinin 3-cü göstəricisidi. Ən yaxşı ikinci nəticə də "Liverpul"a məxsusdu. "Mersisaydlılar" 1978-1980-ci illərdə ardıcıl 63 ev oyununda uduzmayıb.

Rekord isə "çelsi"dədi. Londonlular 2004-2008-ci illərdə 83 qarşılaşmada öz meydanında məğlubiyyət üzü görməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest