İtaliya klubu "Roma"nın səhmləri satılır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bununla bağlı danışıqlara artıq start verilib.

Belə ki, "The Friedkin Group" "canavarlar"ın səhmlərini almaq niyyətindədi. Bunun şirkətə 780 milyon avroya başa gəlməsi gözlənilir. Klubun vəkilləri hazırda qarşı tərəflə danışıqlar aparır. Paytaxt təmsilçisinin hazırkı sahibi Ceyms Pallottadı.

Qeyd edək ki, "Roma" A seriyasında 4-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest