"Vest Hem"in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Devid Moyes bu posta təyin olunub. 56 yaşlı mütəxəssis yeni komandası ilə il yarımlıq müqavilə imzalayıb. Beləliklə, şotlandiyalı mütəxəssisin London klubuna dönüşü reallaşıb. O, 2017-18 mövsümündə də "Vest Hem"ə rəhbərlik edib.

"Vest Hem"in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Devid Moyes bu posta təyin olunub.

56 yaşlı mütəxəssis yeni komandası ilə il yarımlıq müqavilə imzalayıb. Beləliklə, şotlandiyalı mütəxəssisin London klubuna dönüşü reallaşıb. O, 2017-18 mövsümündə də "Vest Hem"ə rəhbərlik edib.

Qeyd edək ki, hazırda Premyer Liqada 17-ci pillədə qərarlaşan "Vest Hem" dünən Manuel Pelleqrinini istefaya göndərmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest