Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) 2019-cu ildə dünyanın ən yaxşı komandalarını açıqlayıb. Matc.az xəbər verir ki,  ilin ən yaxşı kollektivlərinin müəyyənləşdirilməsi üçün keçirilən sorğuda 102 ölkədən 331 jurnalist iştirak edib.
 
İngiltərənin "Liverpul" klubu 2019-cu ilin ən yaxşı komandası elan olunub. Bu il UEFA çempionlar Liqasının və Superkubokunun, eləcə də Klublararası dünya çempionatının qalibi olan "qırmızılar"a respondentlərin 30 faizi səs verib.
 
İkinci yeri futbol üzrə qadınlardan ibarət ABŞ yığması tutub. İlk üçlüyü reqbi üzrə CAR yığması tutub.
 
İlin ən yaxşı 10 komandası:
 
1. Liverpul (futbol) - 30,21 faiz
2. ABŞ yığması (futbol, qadınlar) - 17,9
3. CAR yığması (reqbi) - 14,44
4. Braziliya yığması (voleybol) - 8,88
5. Dyer Audi (həndbol, qadınlar) - 5,79
6. Danimarka yığması (həndbol, kişilər) - 4,59
7. Norveç yığması (biatlon) - 3,89
8. İtaliya yığması (su polosu) - 3,79
9. İspaniya yığması (basketbol, qadınlar) - 3,26
10. Yaponiya yığması (cüdo) – 2,43

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest