İngiltərənin "Mançester Yunayted" klubunun zədəli futbolçularından biri sıraya dönüb. Matc.az xəbər verir ki, söhbət "qırmızı şeytanlar"ın müdafiəçisi Erik Bayidən gedir.
 
25 yaşlı futbolçu artıq komanda ilə məşqlərə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xatırladaq ki, Bayi bu ilin aprel ayında dizindən aldığı ağır zədə səbəbindən əməliyyat olunmuşdu. Fil Dişi Sahili yığmasının üzvünün 2020-ci ilin əvvəlində sıraya dönəcəyi ehtimal olunurdu ki, böyük ehtimalla belə də olacaq.
 
Erik Bayi MY-yə 2016-cı ildə 38 milyon avro qarşılığında "Vilyarreal"dan transfer edilib. O, "Mançester Yunayted"də 74, Fil Dişi Sahili millisində 32 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest