"Sky Sports" nəşri son 10 ildə İngiltərə Premyer Liqasında çalışmış baş məşqçilərin reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya "Arsenal"ın sabiq çalışdırıcısı Arsen Venger başçılıq edir. 
 
608 xalı olan fransız mütəxəssis 2010-2018-ci illər aralığında "topçular"la 179 qələbə qazanıb, 71 dəfə də məğlub olub. 
 
Reytinq cədvəlində 2-ci "Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettinodur. 3-cü isə hazırda "Tottenhem"i çalışdıran Joze Mourinyodu.
 
İlk "10-luq"
 
Arsen Venger (əvvəl "Arsenal", hazırda FİFA-da çalışır) – 608 xal
 
Maurisio Poçettino (əvvəl "Sauthempton", "Tottenhem", hazırda işsizdir) – 457
 
Joze Mourinyo (əvvəl "çelsi", "Mançester Yunayted", hazırda "Tottenhem") – 376
 
Yurgen Klopp ("Liverpul") – 351
 
Devid Moyes (hazırda "Vest Hem", əvvəl "Everton", "Mançester Yunayted", "Sanderlend") – 326
 
Brendan Rocers (hazırda "Lester", əvvəl "Suonsi", "Liverpul") – 325
 
Toni Pyulis (hazırda işsiz, əvvəl "Stok Siti", "Kristal Pelas", "Vest Bromviç", "Midlsbro") – 321
 
Xosep Qvardiola ("Mançester Siti") – 317
 
Mark Hyuz ("Fulhem", KPR, "Stok Siti", "Sauthempton", hazırda işsizdir) – 309
 
Alan Pardyu ("Nyukasl", "Kristal Pelas", "Vest Bromviç", hazırda "Den Haq") – 304

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest