"Milan"la ilkin razılıq əldə edən Zlatan İbrahimoviçin təqdimatının keçiriləcəyi vaxt məlum olub. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi isveçli hücumçuyla yanvarın 3-də, yerli vaxtla saat 10:00-da rəsmi müqavilə imzalayacaq. 
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
İbrahimoviç yanvarın 2-də tibbi müayinədən keçəcək. 38 yaşlı hücumçu yeni klubuyla 6 aylıq müqavilə imzalayacaq. Tərəflər daha sonra sözləşməni 1 il də uzada bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest