Belarusun BATE klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Borisov təmsilçisi Kiril Alşevskiyə həvalə olunub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilən Aleksey Baqanı əvəz edib.
 
37 yaşlı məşqçi 2019-cu ilin yanvar ayından etibarən BATE-nin gənclərdən ibarət komandasını çalışdırırdı. O, sözügedən komandaya ilk mövsümündəcə çempionluq sevinci yaşadıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest