"Qarabağ"ın keçmiş futbolçusu Con Delarj karyerasını Türkiyənin "Boluspor" klubunda davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə "Boluspor"un rəsmi saytı məlumat yayıb.
 
30 yaşlı konqolu hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
 
Delarj daha əvvəl Türkiyədə "Osmanlıspor" və "Bursaspor"un şərəfini qoruyub. O, "Qarabağ"a da məhz 2018-ci ildə Bursa klubundan keçmişdi. Delarj "köhlən atlar"ın heyətində möhkəmənə bilmədiyi üçün cari mövsümün əvvəlində onunla yollar ayrılmışdı. 
 
Futbolçu son olaraq çexiyanın "Dinamo" (Budejovic) klubunun formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest