İspaniyanın "Qranada" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin "Uotford" klubunda çıxış edən Dmitri Fulkyeni heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı fransalı futbolçu mövsümün sonunadək icarəyə götürülüb.
 
Fransanın "Renn" klubunun yetirməsi olan sağ cinah müdafiəçisi "Uotford"da 2017-ci ildən çıxış edir. Amma o, İngiltərə təmsilçisinə məhz "Qranada"dan transfer olunub. Belə ki, o, 2013-2017-ci illər aralığında məhz İspaniya klubunun uğurları üçün çalışıb. "Uotford"da möhkəmlənə bilməyən fransız 2017/18 mövsümünü "Strasburq"da, 2018/19 mövsümünü isə "Xetafe"də icarədə keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest