Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç vida mesajı yazıb. Matc.az xəbər verir ki, xorvatiyalı mütəxəssis feysbuk səhifəsi vasitəsilə yığmamızla sağollaşıb.

Hazırda Zaqrebdə istirahət edən 54 yaşlı məşqçi millimizin "sükanı arxası"nda keçirdiyi bir ildən zövq aldığını vurğulayıb. O, həmçinin təşəkkür etməyi də unutmayıb: "AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə liderlik etdim. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə təşəkkür etmək istəyirəm: futbolçulara, köməkçilərə, dəstəkçilərə, AFFA-ya... İndi yeni fürsətlər üçün səbirsizlənirəm".

Qeyd edək ki, yığmamız Nikola Yurçeviçin rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində keçirdiyi 8 matçda cəmi 1 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest