"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidalın klubdan bonus tələbi rədd edilib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya Futbolçular Assosiasiyasının və La Liqanın birgə komissiyası çilili futbolçunun məsələsini araşdırıb.

Vidal klubun 2,4 milyon avroluq bonus məbləğini ödəməsini istəyirdi. Komissiya "Barselona"nın ödəmələrdə pozuntuya yol vermədiyini qərara alıb və oyunçunun tələbini rədd edib.

Qeyd edək ki, Arturo Vidalın "İnter" və ya "Yuventus"a transferi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest