Almaniyanın "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Frankfurt təmsilçisi Niderland "Sparta"sının gənc hücumçusu Raqnar Axe ilə müqavilə bağlayıb.
 
Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Almaniyanın gənclərdən ibarət yığmasının şərəfini qoruyan 21 yaşlı futbolçu ilə müqavilənin müddəti 2025-ci ilin yayına qədərdi.
 
Amma Axenin "Ayntraxt"a mövsümün sonunda qoşulacağı bildirilir. Məsələ burasındadı ki, gənc forvard Niderland klubunda icarə əsasında oynamağa davam edəcək.
 
Axe "Sparta"nın öz yetirməsidi. O, bu klubun gənclər və əsas komandalarında bütövlükdə 100-ə yaxın oyun keçirib, 33 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest