Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az klubun saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi "Şalke"nin qapıçısı Aleksandr Nübeli transfer edib.
 
"Şalke" ilə müqaviləsi iyunda bitəcək qolkiper, iyulun 1-dən "Bavariya"ya qoşulacaq. Almaniyalı futbolçu ilə 5 illik razılıq əldə edilib.
 
2015-ci ildən "Şalke"də çıxış edən Nübel, cari mövsümdə 17 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest