İngiltərənin "Şeffild Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Cek Roduelli heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
 
"Everton"un yetirməsi olan ingilis futbolçu 2012-2014-cü illər aralığında "Mançester Siti"də forma geyinib. O, "Sanderlend" və "Blekbern Rovers"də də çıxış edib. İngiltərə yığmasında 3 oyun keçirmiş yarımmüdafiəçi son klubu "Blekbern Rovers"dən ayrılandan, yəni yaydan bəri işsiz idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest