Fransanın "Mets" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Belçikanın "Gent" klubundan müdafiəçi Dilan Mahmud Bronnu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tunis yığmasının üzvü ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
 
24 yaşlı futbolçu Fransanın "Kan" klubunun yetirməsidi. O, "Gent"də 2017-ci ildən çıxış edirdi. Tunis yığmasında 19 oyun keçirən futbolçu 1 qol da vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest