Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Serhat Taşdemirin formasını geyindiyi "Piterboro Yunayted" də bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Premyer Liqa təmsilçisi "Bernli" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 2:4 hesabıyla məğlub olub və mübarizəni dayandırıb.
 
Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest