İngiltərə kubokunun 1/32 final mərhələsində "Everton"u 1:0 hesabı ilə məğlub edən "Liverpul" əvəzində bir futbolçusunu itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, kapitan Ceyms Milner sıradan çıxıb.

Yarımmüdafiəçi qarşılaşmanın 9-cu dəqiqəsində zədələnərək əvəzlənib. Baş məşqçi Yurgen Klopp 34 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu açıqlayıb: "Milner meydanı ağlayaraq tərk etdi. çox güman ki, əzələsində problem yaşandı. Zədənin ciddi olduğunu düşünürük".

Qeyd edək ki, "Liverpul" növbəti oyununu yanvarın 11-də Premyer Liqanın XXII turu çərçivəsində "Tottenhem"ə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest