"Keşlə"də istirahət başa çatıb. Bakı təmsilçisi 2020-ci ildə ilk məşqinə çıxıb. Baş məşqçi Tərlan Əhmədovun ilk hazırlığı dünən "ASK Arena"da baş tutub. Yeni transfer olan Özbəkistan yığmasının hücumçusu Şohruh Qadoyev də hazırlıqda iştirak edib.

"Keşlə"də istirahət başa çatıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi 2020-ci ildə ilk məşqinə çıxıb.

Baş məşqçi Tərlan Əhmədovun ilk hazırlığı dünən "ASK Arena"da baş tutub. Yeni transfer olan özbəkistan yığmasının hücumçusu Şohruh Qadoyev də hazırlıqda iştirak edib.

Yanvarın 12-də Türkiyəyə yollanacaq "Keşlə" ayın 24-nə qədər Antalyada təlim-məşq toplanışında olacaq. Komanda bu müddətdə 4 yoxlama görüşü keçirəcək ki, rəqiblərdən 3-ü bəllidi. Belə ki, Əhmədov yanvarın 17-də "Zvikkau" (Almaniya), 22-də "Arsenal" (Rusiya), 24-də isə "Zemplin"lə (Slovakiya) görüşdə yetirmələrini sınayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest