Transfer dönəminin hərəkətli komandalarından olan "Qalatasaray" bir futbolçu ilə yollarını ayırmağa hazırlaşır. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Rayan Babel yaxın günlərdə ölkəni tərk edəcək.

Məsələ burasındadı ki, 33 yaşlı oyunçu menecerinin bir klubla anlaşdığını və icarə əsasında getmək istədiyini rəhbərliyə çatdırıb. Onyekurunu qaytaran və Sekidikanı transfer edən "cim-bom" da hollandiyalının istəyini müsbət qarşılayıb. İstanbullular onun icarə əsasında gedişindən həm 1,5 milyon avroluq qazanc əldə etmək, həm də yüksək məbləğdə maaşından qurtulmaq niyyətindədi.

Qeyd edək ki, Rayan Babel cari mövsüm Superliqada iştirak etdiyi 15 oyunda 5 qol, 1 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest