Qış fasiləsində "Sumqayıt"da ikinci ayrılıq baş tutub. Yarımmüdafiəçi Ehtiram Şahverdiyevlə yollar ayrılıb. 24 yaşlı futbolçunun cari mövsümün sonuna qədər olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib.

Qış fasiləsində "Sumqayıt"da ikinci ayrılıq baş tutub. Matc.az xəbər verir ki, bu barədə klub feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçi Ehtiram Şahverdiyevlə yollar ayrılıb. 24 yaşlı futbolçunun cari mövsümün sonuna qədər olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. Futbolçu "Sumqayıt"a 2017-ci ilin yanvarında "Qəbələ"dən keçmişdi.

Qeyd edək ki, bir neçə gün əvvəl "Sumqayıt"ın futbolçusu İbrahim Əliyev "Neftçi"yə keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest