"çelsi"nin yarımmüdafiəçisi Denni Drinkuoter "Bernli"dən ayrılıb. Matc.az xəbər verir ki, sözügedən klubla icarə müqaviləsi başa çatan futbolçu London təmsilçisinin düşərgəsinə qayıtsa da, yenidən icarəyə göndərilib.
 
Belə ki, 29 yaşlı yarımmüdafiəçi "Aston Villa"ya keçib. Birmingem klubu onu mövsümün sonuna kimi icarəyə götürüb.
 
"Mançester Yunayted"in yetirməsi olan Drinkuoter "çelsi"də 2017-ci ildən çıxış edir. O, daha öncə "Haddersfild", "Kardiff Siti", "Uotford", "Barnsli", "Lester" kimi komandaların şərəfini qoruyub. Sözügedən futbolçu İngiltərə yığmasında da 3 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest