"Suonsi Siti" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, İngiltərə çempionşipində mübarizə aparan Uels təmsilçisi "Liverpul"un hücumçusu Rian Bryusteri heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı ingilis hücumçu "Suonsi Siti" tərəfindən mövsümün sonunadək icarəyə götürülüb.
 
Bryuster "Liverpul"un öz yetirməsidi. İngiltərənin U-21 yığmasının da şərəfini qoruyan gənc forvard bu mövsüm "qırmızılar"ın heyətində cəmi 3 kubok qarşılaşmasının iştirakçısı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest