İngiltərənin "Tottenhem" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Mussa Sissoko uzun müddətə sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransa yığmasının 30 yaşlı üzvünün zədəsini sağaltmasına azı 3 ay lazım olduğu diqqətə çatdırılıb.
 
Xatırladaq ki, Sissoko Premyer Liqanın 21-ci turu çərçivəsində baş tutan "Sauthempton"la oyunda (0:1) sıradan çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest