Azərbaycan millisi Türkiyə və Latviya ilə yoldaşlıq görüşləri keçirəcək. Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O bildirib ki, Latviya ilə qarşılaşma Malta ilə bu il martın 30-da keçiriləcək görüşdən əvvəl təşkil olunacaq.

Azərbaycan millisi Türkiyə və Latviya ilə yoldaşlıq görüşləri keçirəcək. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

O bildirib ki, Latviya ilə qarşılaşma Malta ilə bu il martın 30-da keçiriləcək görüşdən əvvəl təşkil olunacaq. Türkiyə ilə görüş mayda səfərdə nəzərdə tutulub.

Məmmədov iyunda Uelsə yoldaşlıq görüşünün təşkili barədə də danışıqlar apardıqlarını söyləyib. Bu matçın isə AVRO-2020 ərəfəsində keçiriləcəyi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest