İkinci yarıda fəallıq göstərən futbolçularımız hissənin ortalarında 2 qol vurub. 4 dəqiqə ərzində vurulan bu toplar yığmamıza əzmkar qələbə qazandırıb.

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda II tura yekun vurulub. Matç.az saytı xəbər verir ki, oyunları Gürcüstanda keçirilən qrupda gün Azərbaycan millisinin qarşılaşması ilə başa çatıb.

İlk turda İsrailə 1:4 hesabı ilə uduzan Vüqar Məmmədin yetirmələri meydan sahibləri ilə görüşüb. Gürcüstan futbolçuları ilk yarının uzatma dəqiqələrində hesabı açıb.

İkinci yarıda fəallıq göstərən futbolçularımız hissənin ortalarında 2 qol vurub. 4 dəqiqə ərzində vurulan bu toplar yığmamıza əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, noyabrın 20-də keçiriləcək sonuncu turda Azərbaycan Lixtenşteynlə, Gürcüstan isə İsraillə qarşılaşacaq.

19 yaşadək futbolçular arasında Avropa çempionatı

Seçmə mərhələ, I qrup

II tur, 17 noyabr

Gürcüstan – Azərbaycan - 1:2
Qollar:
 Levan Xarabadze, 45+1 – Zahid Bayramov, 67, Tural Mərdanov, 70
Tiflis. Mixail Mesxi adına stadion. Hakimlər: Donatas Rumsas, Aleksandr Radius (hər ikisi Litva), Karel De Roker, Erik Lambrext (hər ikisi Belçika)

1

İsrail

2

2

0

0

6-2

6

2

Azərbaycan

2

1

0

1

3-5

3

3

Gürcüstan

2

1

0

1

8-2

3

4

Lixtenşteyn

2

0

0

2

1-9

0

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest