"Sumqayıt" yanvarın 3-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib. Matc.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsini sabaha qədər ölkə daxilində keçəcək.

"Sumqayıt" hazırlığın ikinci mərhələsini isə yanvarın 12-dən 26-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Lara bölgəsində keçəcək "kimyaçılar" "Aska Resort" hotelində məskunlaşacaq.

"Sumqayıt" qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest