İngiltərənin "Lester Siti" klubu ciddi itkiylə üzləşib. Matc.az xəbər verir ki, "tülkülər"in yarımmüdafiəçisi Vilfrid Ndidi zədələnib.
 
Bu barədə komandanın baş məşqçisi Brendan Rocers məlumat verib. O, 23 yaşlı futbolçunun məşqdə zədələndiyini və əməliyyat olunacağını bildirib. Ndidi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun ən tez fevralda yaşıl meydanlara qayıdacağı gözlənilir.
 
Ndidi bu mövsüm "Lester Siti" formasıyla 23 oyuna çıxıb və 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest