Futbol üzrə İspaniya superkubokunda yarımfinal qarşılaşmaları keçirilib. Matc.az xəbər verir ki, ilk oyun günündə Madrid "Real"ı "Valensiya" ilə qarşılaşıb.
 
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən qarşılaşmada qapılara dörd qol vurulub. "Real" bu oyundan inamlı qələbə ilə ayrılaraq finala yüksəlib.
 
Digər yarımfinal görüşü isə "Barselona" ilə Madrid "Atletiko"su arasında baş tutub. Beş qolluq bu görüşdə isə "Atletiko" əzmkar qələbə sayəsində həlledici oyuna vəsiqə qazanıb.
 
Beləliklə, yanvarın 12-də keçiriləcək final matçında Madridin iki təmsilçisi – "Real" və "Atletiko" qarşılaşacaq.
 
İspaniya superkuboku
Yarımfinal
8 yanvar
 
Valensiya - Real 1:3
Qol: Parexo, 90+2-pen – Kroos, 15. İsko, 39. Modriç, 66.
 
9 yanvar
 
Barselona - Atletiko 2:3
Qol: Messi, 51. Qrizman, 62 – Koke, 46. Morata, 81-pen. Korrea, 86.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest