Futbol üzrə Fransa Liqa Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, turnirin əsas favoriti olan PSJ finala vəsiqə uğrunda "Reyms"lə mübarizə aparacaq.
 
Digər yarımfinal görüşü isə Lion "Olimpik"i ilə "Lill" arasında baş tutacaq.
 
Yarımfinal qarşılaşmaları 21-22 yanvarda keçiriləcək. Liqa Kubokunun final görüşü isə aprelin 4-də "Stad de Frans"da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest