"Milan"ın hücumçusu Kşiştof Piontek İngiltərəyə köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Tottenhem" polşalı forvardı heyətinə qatmağa yaxındı.

Klublar arasında danışıqlar artıq yekunlaşmaq üzrədi. Tərəflər 23,8 milyon funt-sterlinqdə ortaq məxrəcə gəliblər. İndi yalnız xırda detallar qalıb. "Milan" əlavə 4,2 milyon funt-sterlinq bonus da əldə edə bilər.

Yaxın 48 saat ərzində keçidin rəsmiləşməsi gözlənilir. Piontek "Tottenhem"lə 3,5 illik müqavilə bağlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest