Cari mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviç ölkəsi Bosniya və Herseqovinada qapıçı məktəbi açıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bunu qolkiper özü deyib.

O bildirib ki, 8-18 yaşlı oğlan və qızların toplaşacağı qapıçı akademiyasında yüksək şərait yaradılıb.

Karyerası ilə bağlı qısa fikirlər səsləndirən Beqoviç uğurlarına görə, həyat yoldaşı Nikol Beqoviçə minnətdar olduğunu söyləyib. O, həyat yoldaşı ilə tanışlığı da xatırlayıb: "Nikol Amerikada anadan olub. 10 il orda qaldıqdan sonra İngiltərəyə köçüblər. Karyeramda mənə çox köməyi dəyib. O da çapardı, maraqlı karyerası və ambisiyaları var. 2008-ci ildə Portsmutda dostumla içki içmək üçün bir kafeyə getdim. Nikolu ilk dəfə orda gördüm, bu, hələ də bir tarixdi. İlk dəfə görəndə fərqli hisslər keçirdim. Görüşdükdən sonra münasibətlərimizin alınacağını gördüm".

Qeyd edək ki, müqavilə ilə "Bornmut"a məxsus olan Asmir Beqoviçin yenidən "Qarabağ"a icarəyə verilməsi gündəmdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest