Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sabah" yanvarın 11-də hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın "Pakş" klubu ilə qarşılaşacaq.
 
Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində baş tutacaq oyuna yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 18:30-da) start veriləcək.
 
Qarşılaşma "Sabah"ın "youtube" kanalı vasitəsilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest