"Zirə"də qış fasiləsində ilk ayrılıq reallaşıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçi Soni Norde Bakı klubu ilə vidalaşıb. Haitili hücumameyilli oyunçunun cari mövsümün sonuna qədər olan müqavilə müddətinə qarşılıqlı razılıqla xitam verilib. Halbuki "Zirə" onu Hindistan klubu "Mohun Baqan"dan mövsümün əvvəlində transfer etmişdi.

Qeyd edək ki, mövsümün ilk yarısında Premyer Liqada 11 oyun keçirən Soni Norde aktivinə 1 qol yazdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest