Soni Nordenin "Zirə" ilə yollarını ayırmasının səbəbi müəyyənləşib. Haitili yarımmüdafiəçi Hindistana qayıdacaq. Norde "Zirə"dən əvvəlki klubu "Mohun Baqan"la anlaşıb. 31 yaşlı hücumameyilli oyunçu "Mohun Baqan"la ilkin razılığa gəlib.

Soni Nordenin "Zirə" ilə yollarını ayırmasının səbəbi müəyyənləşib. Matc.az saytının Hindistan mətbuatına istinadən məlumatına görə, haitili yarımmüdafiəçi bu ölkəyə qayıdacaq.

Belə ki, Norde "Zirə"dən əvvəlki klubu "Mohun Baqan"la anlaşıb. Bakılıların "özünə klub tap" tapşırığı verdiyi 31 yaşlı hücumameyilli oyunçu "Mohun Baqan"la ilkin razılığa gəldiyindən, Premyer Liqa təmsilçisi ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsinə razı olub. Norde Hindistan çempionatında çıxış edən digər klubların da diqqət mərkəzindədi. Ancaq onun məhz "Mohun Baqan"a keçidi gözlənilir.

Bunda azarkeş amilinin böyük rolu var. Belə ki, "Mohun Baqan" fanatları sosial şəbəkələr vasitəsilə rəhbərliyə təzyiq göstərərək, Soninin qaytarılmasını tələb ediblər.

Qeyd edək ki, Soni Norde "Zirə"yə cari mövsümün əvvəlində qoşulmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest