Cari mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviç karyerasını İtaliyada davam etdirə bilər. "Bornmut"un 32 yaşlı qolkiperi "Milan"ın maraq dairəsinə düşüb. Ancaq "rossonyerlər" onu ikinci qapıçı kimi heyətə cəlb etməyi düşünür.

Cari mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviç karyerasını İtaliyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Bornmut"un 32 yaşlı qolkiperi "Milan"ın maraq dairəsinə düşüb.

Ancaq "rossonyerlər" onu ikinci qapıçı kimi heyətə cəlb etməyi düşünür. çünki Pepe Reynanın "Aston Villa"ya transferi gündəmdədi. Belə olarsa, italyanlar Bosniya və Herseqovina millisinin üzvünü almağa çalışacaq. Ancaq Beqviçlə İngiltərənin bir neçə klubu, eyni zamanda "Qarabağ" da maraqlanır.

Qeyd edək ki, Asmir Beqoviçin "Bornmut"la müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest