Futbol üzrə İspaniya kubokunda ikinci mərhələnin oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "İbiza" ilə üz-üzə gəlib. Bu görüşün əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "İbiza" növbəti mərhələyə vəsiqə qazanıb – 5:3.
 
Eddi də bu görüşün iştirakçısı olub. Amma start heyətdə meydana çıxan millimizin üzvü 58-ci dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest