Futbol üzrə İtaliya A Seriyasında 19-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
 
Turun açılış matçında "Kalyari" ilə "Milan" komandaları üz-üzə gəlib. Qonaqlar bu görüşdə iki cavabsız qolla qalib gəliblər.
 
Son turda "İnter"ə doğma meydanında 1:3 hesabıyla uduzan "Napoli" bu dəfə "Latsio" səfərinə yollanıb və bu oyundan da məğlub ayrılıb. Lider "İnter" isə doğma azarkeşləri qarşısında "Atalanta"nı sınağa çəkib və xal itkisi ilə üzləşib.
 
İtaliya A Seriyası
19-cu tur
11 yanvar
 
Kalyari – Milan 0:2
Qol: Leao, 46. İbrahimoviç, 64.
 
Latsio – Napoli 1:0
Qol: İmmobile, 82.
 
İnter – Atalanta 1:1
Qol: L.Martines, 4 – Qosens, 75.
 
12 yanvar
 
15:30 Udineze – Sassuolo
18:00 Fiorentina – SPAL
18:00 Sampdoriya – Breşiya
18:00 Torino – Bolonya
21:00 Verona – Cenoa
23:45 Roma – Yuventus
 
13 yanvar
 
12:45 Parma – Leççe

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest