Premyer Liqanın 22-ci turunda "Tottenhem" evdə "Liverpul"a 0:1 hesabı ilə məğlub olub. Matc.az xarici mətbuata istinadən bildirir ki, qarşılaşmanın ardından London təmsilçisinin baş məşqçisi Joze Mourinyo VAR hakimlərini tənqid edib.

"Məğlub olsaq da, komandamın performansından narazı qalmadım. Düzdür, "Liverpul" çox güclüdür, ancaq həm də şanslıdırlar. Bir epizodda VAR hakimləri çay içdikləri üçün Robertsona qırmızı vərəqə verməyi unutdular" - deyə, portuqaliyalı mütəxəssis bildirib.

Qeyd edək ki, "Tottenhem" hazırda 30 xalla 8-ci pillədədir. "Liverpul" isə 61 xalla liderliyini davam etdirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest