"Yaxşı təşkilatlanmış, keyfiyyətli futbolçuları olan döyüşkən komandaya qarşı oynadıq. Müdafiədə yaxşı oynadıq. Buna görə də rəqibin qol imkanları az oldu. Çox qol vura bilərdik"

Macarıstanın "Pakş" klubunun baş məşqçisi Qabor Ostermayer Türkiyədə "Sabah"a qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, 41 yaşlı mütəxəssis 2:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra klubun rəsmi saytına bunları söyləyib:
 
"Yaxşı təşkilatlanmış, keyfiyyətli futbolçuları olan döyüşkən komandaya qarşı oynadıq. Müdafiədə yaxşı oynadıq. Buna görə də rəqibin qol imkanları az oldu. çox qol vura bilərdik. İkinci hissədə hücumda daha yaxşı çıxış etdik. Qələbədən razıyam və qol buraxmamaq bizim üçün çox vacib idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest