"Latsio" futbol üzrə İtaliya A Seriyasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatında ardıcıl 10 oyundan qalib ayrılıb.
 
"Latsio" buna A Seriyasının 19-cu turu çərçivəsində qarşılaşdığı "Napoli" üzərində 1:0 hesablı qələbəylə nail olub.
 
Qeyd edək ki, ardıcıl qələbə sayındakı əvvəlki rekord da elə "Latsio"nun özünə məxsus idi. Sözügedən komanda 1998/99 mövsümündə də ardıcıl 9 qələbəyə imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest