Cari mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviç karyerasını İtaliyada davam etdirəcək. Matc.az xəbər verir ki, "Bornmut"un 32 yaşlı qolkiperi "Milan"a keçir.
 
Artıq Bosniya və Herseqovina yığmasının qapıçısı İtaliyadadı. O, bu dəqiqələrdə Milanda tibbi müayinədən keçir. Qısa zamanda "Milan"ın bu keçidi rəsmən açıqlaması gözlənilir.
 
"Rossonyerlər" onu ikinci qapıçı kimi heyətə cəlb edir. çünki Pepe Reynanın "Aston Villa"ya transferi gündəmdədi. 
 
Qeyd edək ki, Asmir Beqoviçin "Bornmut"la müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest