"Barselona"nın baş məşqçisi olacağı deyilən Xavi Hernandez klubun idman direktoru Erik Abidalla görüşdüyünü təsdiq edib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin əfsanəsi olan sabiq futbolçu xəyalının "Barselona"nı çalışdırmaq olduğunu açıqlayıb.

Uğursuz gedişatın ardından "Barselona"nın baş məşqçisi Ernesto Valverdenin istefaya göndəriləcəyi gözlənilir. Onun yerinə isə hazırda "Əl Sadd"ı çalışdıran Xavinin keçəcəyi söylənir. Qətər mətbuatı isə gənc mütəxəssisin artıq "Barselona" ilə  2,5 illk müqavilə imzaladığını iddia edib.

Qeyd edək ki, Xavi 18 il "Barselona" forması geyinib. O, əgər "Barselona" ilə razılığa gələrsə, 4,5 il sonra yenidən "Kamp Nou"ya geri dönmüş olacaq. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest